Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 08:06
Pakistanın iqlim dəyişiklikləri naziri Şerri Rəhman səlahiyyətliləri dəhşətli istilərlə mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, onun sözlərinə görə, aprel ayının əvvəlindən Cənubi Asiya, xüsusilə Hindistan və Pakistanda rekord istilər qeydə alınıb. Belə ki, Pakistanın bəzi bölgələrində havanın hərarəti 47 dərəcəyədək yüksəlib.
Hindistan Səhiyyə Nazirliyi bildirib ki, həddindən artıq istilərlə bağlı sağlamlıq problemləri ölkə hakimiyyətini COVID-19-un gözlənilən növbəti dalğasından daha çox narahat edir.