Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsa peyğəmbərin qardaşı olub? - Bilmədiyimiz faktlar

İsa peyğəmbərin qardaşı olub? - Bilmədiyimiz faktlar

Tarix: 1 May 2022 12:16

Sonxeber.net Kulis.Az-a istinadən Bibliyada yazılan və çoxlarının yanlış bildiyi 9 faktı təqdim edir.

Adəm və Həvva Cənnət bağında

Hamı Adəm və Həvvanın Cənnət bağında alma yediyini bilir. Ancaq Bibliyada onların "Xeyir və şəri bilmək ağacı"ndan meyvə yediyi yazılıb. Bu meyvənin isə alma olması qeyd edilməyib.

İsa və onun qardaşları

İsanın qardaşları və bacıları olmayıb? Əslində belə deyil. İohannın İncilində 7 yerdə İsanın bir neçə qardaşı olduğu haqda məlumat var. Ola bilsin ki, bu doğru məlumatdır.

Yeddi ölümcül günah

Yəqin ki, 7 ölümcül günah barədə eşitmisiniz. Qürur, acgözlük, şəhvət düşkünlüyü, köklük, qəzəb, tənbəllik - 7 ölümcül günah bunlardır. Ancaq bu günahlar İsanın ölümündən bir neçə əsr sonra qəbul olunub.

Qiyamətin üç süvarisi

İncildə, İsanın süvarilərdən üç hədiyyə aldığı haqda məlumat var. Ancaq onların sayı haqqında məlumat yoxdur.

Əraf

Bibliyada bu yer barədə heç bir məlumat verilməyib. Əraf barədə ilk dəfə 1274-cü ildə Lyon kilsəsində qeyd olunub.

Vəftiz

Bibliyada yazılanlara görə, uşaqları vəftiz etmirlər. İsa 30 yaşında vəftiz olunub. İncildə yazılıb: "Kim imana gəlir və vəftiz olunursa azadlığa çıxır". Deməli, insan əvvəlcə etiqad etməli, daha sonra vəftiz olunmalıdır.

İsanın çörək kəsməsi

İsanın çörək kəsib şərab içməsi... Bu yəhudi əfsanəsidir. Çörək kəsib şərab içmək uzun yola çıxmazdan əvvəl yerinə yetirilən ayindir və bu o deməkdir ki, gözlənilən adam gələcək. İsa çörəyi kəsməklə öləcəyinə və sonra diriləcəyinə işarə vururdu. Çörəklə şərab bədənlə qanın simvolu hesab olunur. Kilsə bu ayini həmin əfsanədən götürüb. Ancaq bu ruhun xilasını ifadə edən ritual deyil.

İsanın doğum günü

Yəqin ki, İsanın doğumu ilə bağlı fərqli tarixlər eşitmisiniz: 25 dekabr, 7 yanvar... Ancaq İncilin heç bir yerində İsanın doğulması ilə bağlı qeyd yoxdur. İsanın doğum günü haqqında danışırlar ki, həmin gün çobanlar qoyun otarırdı. Axı qışın oğlan çağında bu necə mümkündür?

Həvarilər

Filmlərdə həvarilərin 30-40 yaşlı kişilər olduğunu görürük. Ancaq bu belə deyil. İncilin 17-ci hissəsində yazılır ki, həvarilər Kapernaum şəhərinə gələndə onlardan vergi istədilər. Vergini isə yalnız Pyotr və İsa verdi. Qalanları isə vergi verə bilməzdilər, çünki yaşları az idi.


Etiketlər:  İsa peyğəmbərin qardaşı olub Bilmədiyimiz faktlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ