Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2022 21:52
"Hazırda Ukrayna limanlarında olan təxminən 4,5 milyon ton taxılı ölkədən ixrac edilə bilmir".
Sonxeber.net "report"-a istinadən bildirir ki, bunu "DPA" agentliyinə müsahibəsində BMT-nin Ümumdünya Ərzaq Proqramının Almaniya bölməsinin direktoru Martin Frik deyib.
Onun sözlərinə görə, problem liman çıxışlarının və dəniz zolaqlarının bağlanmasıdır: "Dünyada Ukraynadan gətirilən ərzaqlara təcili ehtiyac var. Aclıq nə hərbi, nə də iqtisadi cəhətdən silah ola bilməz".
O həm Ukrayna sakinlərini ərzaqla təmin etməyə, həm də qlobal ərzaq böhranını yumşaltmaq üçün bu ölkədən digər dövlətlərə ərzaq tədarükünü bərpa etməyə çağırıb.