Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2022 09:08
"Axı sən kimsən? Sənin ləyaqətin varmı? Sən jurnalistsən bazardakı tərbiyəsiz qadın deyilsən. İndi sənin və sənin kimilərinin təzyiqi altında böyük peşəkarlar ölkəni tərk edirlər. Onlara burada çalışmaq üçün şərait yaratmaqdansa, həyatlarını ağırlaşdırırsınız".
Rusiya estradasının ulduzu Filip Kirkorov məşhur komik, parodiyaçı Maksim Qalkini və müğənni Alla Puqaçovanı müdafiə edib. O, RT və "Rossiya Seqodnya" agentliyinin baş redaktoru Marqarita Simonyanı sərt tənqid edib.
Filip Kirkorov Rusiyanın erməni əsilli media rəhbəri Marqarita Simonyanı Maksim Qalkin və Alla Puqaçova haqqında işlətdiyi təhqiramiz ifadələrdən sonra tənqid edib.
O, sosial şəbəkədə yaydığı videoda üzünü M.Simonyana tutaraq bildirib:
"Bir insanı və onun ailəsini açıq şəkildə təhqir etmək üçün şam tutmusunuz? İnsanları ictimaiyyət qarşısında alçaltmağa necə cəsarət edirsiniz? Kim sənə belə haqqı verib? Marqarita, sən ölkəmizin ruporunun baş redaktorusan. Sizin ixtilaf salmağa haqqınız yoxdur. Jurnalistsən, bazarda söz-söhbət, dedi-qodu çirkabı yayan ədəbsiz qarı deyilsən".
Onun sözlərinə görə, Marqarita Simonyanın belə danışmağa sadəcə, haqqı yoxdur: "Səninlə necə davranılmasını istəyirsə, başqaları ilə elə davran. Bu prinsiplə yaşayıram. Marqarita, indi də əmin deyiləm ki, sənin çirkli alt paltarlarında eşələnib onları kütləyə göstərmək istəməyənlər yoxdur".