Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb

Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb

Tarix: 2 May 2022 17:38

Rusiya Silahlı Qüvvələrinin aviasiyası sutka ərzində Ukraynanın 38 hərbi obyektini yüksək dəqiqlikli raketlərlə vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Ötən sutka ərzində Ukraynanın 38 hərbi obyekti yüksək dəqiqlikli havadan buraxılan raketlərlə vurulub. Bunlar arasında dörd komanda məntəqəsi, 30 dayaq məntəqəsi, canlı qüvvə və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər, Pervomayskoye və İliçevka yaşayış məntəqələrinin ərazilərində üç raket və artilleriya silahı anbarı var. Bundan əlavə, Arxangelovka ərazisində Osa AKM zenit-raket kompleksi və çoxsaylı buraxılış raket sistemlərinin batareyası məhv edilib. Artilleriya bölmələri isə 26 komanda məntəqəsini, 78 dayaq məntəqəsi, canlı qüvvə və texnikanın cəmləşdiyi 359 ərazini və 67 artilleriya atəşi mövqeyini vurub. Ukrayna Silahlı Qüvvələrinin 6 silah-sursat anbarı, 280-dək şəxsi heyəti və 43 ədəd silah və hərbi texnikası məhv edilib",- deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkovun sözlərinə görə, ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 146 təyyarə, 112 helikopter, 683 pilotsuz uçuş aparatı, 281 zenit-raket kompleksi, 2756 tank və digər zirehli döyüş texnikası, 316 reaktiv yaylım atəşi sistemi, 1234 səhra artilleriya və minaatan, o cümlədən 2563 ədəd xüsusi təyinatlı avtomobil texnikası məhv edilib.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ