Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2022 10:46
Ukrayna ilə Rusiya arasında müharibə yaxın iyirmi il ərzində davam edə bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Onun fikrincə, uzanan müharibənin özü indiki kimi olmayacaq, daha az hərbi əməliyyatlar olacaq:
"Müharibə bu mənada sivilizasiyadır. Bu, mütləq hərbi toqquşmalar demək deyil. 2042-ci ilə qədər ola bilər, amma bunun necə olacağını anlamaq lazımdır. Ən əsası isə Ukrayna bununla mübarizə aparmaq üçün aktiv mexanizmlər təklif edir".