Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda daha 17 nəfər koronavirusdan ölüb

İranda daha 17 nəfər koronavirusdan ölüb

Tarix: 3 May 2022 18:22

İranda ötən sutka ərzində 571 nəfər koronavirusa (COVID-19) yoluxub, 17 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 131 nəfərə, yoluxanların sayı isə 7 233 576 nəfərə çatıb. Virus daşıyıcılarından 1 062 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 992 001 nəfər koronavirusdan sağalıb, 51,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 149 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27 milyon təşkil edir.

Milli.Az


Etiketlər:  İranda daha 17 nəfər koronavirusdan ölüb


RƏYLƏR