Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir ayda 4,5 milyon manatlıq qaçaqmal saxlanılıb - FOTO

Bir ayda 4,5 milyon manatlıq qaçaqmal saxlanılıb - FOTO

Tarix: 4 May 2022 12:42

Bir ay ərzində dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 186 kq 679 qram narkotik vasitəyə və 8827 ədəd psixotrop həbə bənzər maddələr aşkarlanaraq götürülüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, narkotik qaçaqmalçıları 2 halda sərhəd naryadlarına qarşı odlu silahdan isti­fadə etmiş, təli­mata uyğun sərhədçilərin silahdan tətbiqi nəticəsində 2 halda 2 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

"Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 4 milyon 584 min 557 manat оlan qaçaqmal saxlanılıb"- deyə məlumatda deyilir.


Etiketlər:  ayda milyon manatlıq qaçaqmal saxlanılıb FOTO


RƏYLƏR