Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Din xadimi repçini məhkəməyə verdi - 70 saniyəlik səbəb

Din xadimi repçini məhkəməyə verdi - 70 saniyəlik səbəb

Tarix: 4 May 2022 19:45

"Donda" musiqi albomu dünyaca məşhur repçi Kanye Uestə yeni dinləyicilər və pulla yanaşı, həm də problem gətirib.  

Milli.Az "TMZ" nəşrinə istinadən xəbər verir ki, repçi mahnısına görə məhkəməyə verilib.

Din xadimi Devid Pol Motenin iddiasına görə, Kanye "Come To Life" trekində onun dini çıxışının audio yazısından icazəsiz istifadə edib.     

Keşiş Kanyeni xütbənin 70 saniyəsi üçün məhkəməyə verir ki, bu da beş dəqiqəlik trekin 20 faizindən çoxunu təşkil edir. Moten iddia edir ki, onun səsi introda istifadə olunub və mahnı boyu təkrarlanıb.   

Milli.Az


Etiketlər:  Din xadimi repçini məhkəməyə verdi 70 saniyəlik səbəb


RƏYLƏR