Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 20:05
"Düşünürəm ki, unudulmadım. Verilişlərə qatılmaq üçün çoxlu zənglər gəlir. Amma mən getmirəm. Xasiyyətimdə və həyat tərzimdə müəyyən baryerlər var ki, onları keçə bilmirəm".
Sonxeber.net xəbər verir ki, bu sözləri efirlərdən uzaq düşən müğənni Samira ƏliMəryəm qonaq olduğu "Sözbaz" maqazin verilişində deyib.
Müğənni efirlərə çıxmamasının səbəbini həyat tərzinin dəyişməsi və reytinq verməməsi ilə əlaqələndirib.
"Mən sizin veriliş üçün maraqlı deyiləm. Maqazin verilişlərində həmsöhbət ola bilməyəcəyəm. Siz məndən reytiq güdə bilmərsiniz. Mən o ifaçılardan deyiləm ki, verilişlərə reytinq gətirim".