Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 08:09
Vaşinqton Ukraynanın hərbi potensialının güclənməsi və Kiyevin danışıqlarda mövqeyinin möhkəmlənməsi üçün mümkün olan hər şeyi edir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib.
"Dediyimiz kimi, biz Ukraynanın qələbəsini istəyirik. Biz mümkün olan hər şeyi edəcəyik ki, Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edə bilsin, Kiyevin danışıqlarda mövqeyinin möhkəmlənsin" - deyə Psaki bildirib.