Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AzTV-nin məşhur aparıcısına vəzifə verildi

AzTV-nin məşhur aparıcısına vəzifə verildi

Tarix: 5 May 2022 13:55

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinə məşhur aparıcı Alidə Mustafayeva təyin olunub.

Sonxeber.net xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, artıq vəzifəsinin icrasına başlayıb.  

Məsələ ilə bağlı redaksiyamızın əməkdaşı Alidə Mustafayeva ilə əlaqə saxlayıb:

"Bu məsələ ilə bağlı söhbətlər var. Əmrimin gəlməsini gözləyirəm. Belə bir söhbət var və mən təkzib etmirəm. AzTV-dəki işimlə bağlı hələ dəqiq bir məlumat yoxdur. Bu səbəbdən indi sizə dəqiq bir məlumat verə bilməyəcəyəm". 

Qeyd edək ki, Alidə Mustafayeva illər əvvəl ATV-də, İTV-də və AzTV-də xəbərlər proqramını aparıcısı vəzifəsində çalışıb.  


Etiketlər:  AzTV məşhur aparıcısına vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ