Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 20:10
ARB TV-nin "Maqazin Plus" verilişinin növbəti müsahibi aktrisa Naibə Allahverdiyeva olub.
Aktrisa Afət Fərmanqızının "Mənə söz atanlara Allah şəfa versin. O insanın hansı obrazla yadda qaldığını mən görməmişəm. Ən gözəl göstərici sosial şəbəkədir. 40 min izləyicisi var. Xalq sevgisi budur?" sözlərinə cavab verib:
"O insanı tanımıram. Bu söhbətə son qoyaq. Kim nə deyirsə, özü bilər. Özümə heç nəyi götürmürəm. Haqqımda o qədər danışırlar ki, hər deyilən sözə münasibət bildirmək lazım deyil. Səviyyəmizi və qadın adımızı qoruyaq".