Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Corc Buşu Ukraynaya dəvət etdi

Zelenski Corc Buşu Ukraynaya dəvət etdi

Tarix: 6 May 2022 08:26

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın 43-cü prezidenti Corc Buşla videokonfrans vasitəsilə görüş keçirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Buş Rusiyaya qarşı mübarizədə Ukraynanı və onun xalqını dəstəklədiyini bildirib.

"Sizin cəsarətiniz davamlı uğurunuz üçün çox vacibdir. Əgər indiki kimi mübarizəni davam etdirsəniz, hər zaman dəstəyimiz olacaq. Sizin ölkəniz günahsız insanları öldürmək istəyən qüvvələr tərəfindən zəbt edilib. Sizin möhkəm dayanmağınız amerikalıları ruhlandırır", - Buş bildirib.

Görüşün sonunda Zelenski Buşu Ukraynaya səfərə dəvət edib.

Milli.Az


Etiketlər:  Zelenski Corc Buşu Ukraynaya dəvət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ