Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 11:09
Bəşəriyyət faşizm üzərində Qələbənin başa çatmasının növbəti ildönümünü qeyd etməyə hazırlaşır. Bütöv şəhərlərin, kəndlərin məhvi ilə nəticələnən bu müharibənin başa çatmasından 77 il ötür. Yüz milyonlarla insanın həyatına son qoyan İkinci Dünya Müharibəsi ilə bağlı çox danışılıb və yazılıb. Sadəcə bu müharibə ilə bağlı başqa bir məsələyə toxunmaq istərdik.
İllər uzunudur ki, dünya birliyinin birgə səyi ilə qazanılan bu qanlı müharibədə yalnız bir dövlətin, bir xalqın rolu olduğu xüsusu qabardılır. Rusiyada rəsmi səviyyədə, tarixşünaslığında, siyasi dairələrində yalnız bir məsələ qabardılır - Böyük Rusiya olmasaydı bəşəriyyət faşizmin əsarəti altında hələ də inləyirdi. "Xilaskar Rusiya" (özü də SSRİ də yox) tezisi Rusiyanın əsas ideoloji xəttini təşkil edib. Bəs sual olunur - milyonlarla itki verən digər xalqlar necə oldu?
Postsovet məkanına daxil olan ölkələrin müharibədə verdiyi töhfələrdən isə bir kəlmə belə bəhs edilmir. Konkret bir misal - müharibədə Bakı neftinin rolu barədə bir kəlmə belə danışılmır. Müharibədə yüz minlərlə itki verən Azərbaycan və digər xalqlarından danışılmır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun və digər soydaşlarımızın müharibədə nailiyyətləri sanki olmayıb. Buna baxmayaraq onun dəfn olduğu yerə hər il minlərlə insan baş çəkir, xatirəsini əziz tutur.
Müharibənin nailiyyətlərinin özününküləşdiriməsi siyasəti Rusiya siyasi dairələri tərəfindən təbliğ edilir. Hətta çəkilən filmlərdə belə faşistlərin dili də bunu təqdim etməyə çalışırlar. Yalnız və yalnız rus xalqı, Rusiya qabardılır. Qələbəni özününküləşdirmək cəhdi o qədər güclüdür ki, başqa dövlətlərin də yardımı unudulur. Rusiya tarixçiləri və siyasiləri ən ağır günlərdə "lend-liz" proqramı üzrə ABŞ-ın SSRİ-yə təqdim etdyi milyardlarla dollar dəyərində yardımın da üstündən keçib gedirlər. İkinci dünya müharibəsində azərbaycanlıların qəhrəmanlıqlarından danışılmır. Sovet dövründə və ondan sonra Rusiyanın çəkdiyi filmlərdə barmaqla sayıla biləcək qədər Azərbaycanın rolu, onun insanlarının rolu barədə bəhs edilmir. Məhz həmin qəhrəmanların övladları üstündən 70 il sonra erməni faşizmi üzərində cəmi 44 gün ərzində ağlasığmaz qəhrəmanlıqlar göstərərək qələbə qazandılar. Bəli bu gün fəxrlə bəyan etmək olar ki, Azərbaycanın öz Zəfəri, Qələbəsi, Qələbə günü var.
Kamran Seyidov