Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əhməd Cavadla bağlı sualına görə tənqid olunan Zümrüd: “Təki reklamımız getsin” - VİDEO - FOTO

Əhməd Cavadla bağlı sualına görə tənqid olunan Zümrüd: “Təki reklamımız getsin” - VİDEO - FOTO

Tarix: 6 May 2022 12:40

ARB-də yayımlanan "Xəbər-ətər" verilişinin ötən günkü buraxılışı milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyinə həsr edilib. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu münasibətlə Əhməd Cavadın nəvəsi Anar Axundzadə proqrama dəvət olunub. Efir zamanı aparıcı Zümrüd Bədəlova qonağa "Babanızı görmüsünüzmü?" deyə sual ünvanlayıb. Onun bu sualı sosial şəbəkələrdə tənqidlərə məruz qalaraq qınaq obyektinə çevrilib. 

Çox keçmədən Bədəlova şəxsi instaqram hesabında bununla bağlı paylaşım edərək onu tənqid edənlərə cavab verib:

"O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq... Nə qədər gülürəm sizə, kef edin, təki reklamımız getsin".

Milli.Az


Etiketlər:  Əhməd Cavadla bağlı sualına görə tənqid olunan Zümrüd Təki reklamımız getsin VİDEO FOTO


RƏYLƏR