Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yenə çempionluğa oynayırıq'' - Roberto Bordin

''Yenə çempionluğa oynayırıq'' -  Roberto Bordin

Tarix: 15 Sentyabr 2019 23:08

“İstədiyimiz oyun alınmadı. Çünki futbolçular istədiyimiz ritmdə çıxış etmədilər”. 

Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ”a uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.

- Müdafiədə yaxşı oynadığımız zaman qol buraxdıq. Hesab 0:1 olarkən imkanlarımız oldu, istifadə edə bilmədik. 0:2-dən sonra artıq tamamilə irəli atıldıq, rəqib əks-hücumlara imkan qazandı. Hətta bundan sonra da qol şanslarımız oldu. “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə ərzində yüksək tempdə oynamaq lazımdır. Komandamız hər dəfə qol buraxandan sonra yaxşı oynamağa başlayır. Bunun da səbəbini bilmirəm.
 
- Komandanızın hər künc zərbəsi zamanı Beqoviç topu rahatlıqla götürürdü. Alternativ variantınız yox idi?

- Biz də hava toplarını rəqib qapıçısına vermək istəməzdik. Başla zərbələrimiz də oldu.
 
- Siz də daxil olmaqla, “Qarabağ”ın ilk 4 turda məğlub etdiyi bütün komandalar bu komandanın gücünü qabardır. Sizinlə 2-3 ilin komandaları arasında fərq yoxdur?

- Bunu demək normaldır. Çünki “Qarabağ”ın gücünü bilirik. Həm büdcə, həm də statistika baxımından güclüdülər.
 
- Düşünmürsünüz ki, “Neftçi”dəki uğursuzluq karyeranıza zərbədir və radikal addımlar atmalısınız?

- Mənim məşqçilik və ya futbolçuluq karyeramı bilirsiniz? Mən peşəkaram, komandam qələbə də qazanar, məğlub da olar.
 
- Məğlubiyyətin konkret səbəbini demədiniz, “Qarabağ”ın gücündən danışdınız. Belə çıxır ki, “Neftçi”nin çempionatda hədəfi dəyişib?

- Keçənilki hədəf kimi, yenə çempionluğa oynayırıq. Ötən mövsüm bəzi xal itkilərinə görə çempionluq əldən getdi. Halbuki yaxşı mübarizə apardıq. Bu mövsüm bəzi xal itkiləri o demək deyil ki, hədəfimiz dəyişib. Bir ay əvvəlki vaxta qayıtsaq, “Arsenal”a qarşı ən yaxşı oyunumuzu göstərdik. Həmin komandanı, həmin gücü qaytarmağa çalışıram. Komandamda bu gün istək çatmadı.
 
- Düşünmürsünüz ki, 2 hücumçulu taktikaya tez keçdiniz?

- Deməzdim sırf 2 hücumçu ilə oynadıq. Dabo ilə Rauf tez-tez Miçeli bağlamağa çalışırdı. Hücum baxımından isə buna məcbur idim.
 


Etiketlər:  Yenə çempionluğa oynayırıq Roberto Bordin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ