Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya MN: Ötən gecə Ukraynanın iki hərbi təyyarəsi və 13 PUA-sı vurulub

Rusiya MN: Ötən gecə Ukraynanın iki hərbi təyyarəsi və 13 PUA-sı vurulub

Tarix: 6 May 2022 15:18

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın Su-25 və MiQ-29 təyyarələrini Luqansk üzərində vurub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Preobrajennoe yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-25 və bir MiQ-29 təyyarəsini vurub, həmçinin dörd "Toçka-U" ballistik raketi havada vurulub", deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkovun sözlərinə görə, bundan əlavə, ötən gecə ərzində Xarkov və Xerson vilayətlərində və Donbass ərazisində Ukraynanın 13 pilotsuz uçuş aparatı məhv edilib.


Etiketlər:  Rusiya Ötən gecə Ukraynanın hərbi təyyarəsi vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ