Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ancelina Colini yenidən Ukraynaya dəvət edildi

Ancelina Colini yenidən Ukraynaya dəvət edildi

Tarix: 7 May 2022 13:02

Vladimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak amerikalı aktrisa və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Colini yenidən Ukraynaya səfərə dəvət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aprelin 30-da Coli humanitar missiya ilə Lvova gəlmişdi. Lvovda mühafizəçilərin müşayiəti ilə girdiyi bir kafedə aktrisanı lentə alan ziyarətçilər bu videonu qürur hissi ilə sosial şəbəkələrdə paylaşmışdılar.

Ukrayna Prezidentinin Ofisi bildirib ki, Andrey Yermak UNICEF-in xoşməramlı səfiri Ancelina Coli ilə videokonfrans vasitəsilə danışıb və Prezident Aparatının rəhbəri Ancelina Colini yenidən Ukraynaya səfərə dəvət edib.

Yermak və Coli ukraynalı uşaqlara kömək etmək üçün atılacaq addımları da müzakirə ediblər və aktrisa bunun üçün əlindən gələni edəcəyinə əminliyini ifadə edib.

Milli.Az


Etiketlər:  Ancelina Colini yenidən Ukraynaya dəvət edildi


RƏYLƏR