Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Cəfər Cabbarlı” stansiyası yenilənir - VİDEO

“Cəfər Cabbarlı” stansiyası yenilənir - VİDEO

Tarix: 7 May 2022 13:32

"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasının birinci yolunun yenidən qurulmasının üçüncü mərhələsi başlanıb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu mərhələ çərçivəsində stansiya yolu və platformasında, vestibülündə əsaslı təmir işləri aparılacaq və işlər bir neçə hissədə təşkil olunacaq.

Təmir və yenidənqurma tədbirləri çərçivəsində "Cəfər Cabbarlı" stansiyasının birinci yolunun infrastrukturu, digər yolda olduğu kimi, tamamilə yenidən inşa olunacaq.

Yola bitişik platformanın, eləcə də "28 May" stansiyasına keçid tunelinin döşəmə örtüyü yararlı olduğundan yalnız sıradan çıxmış üzlük daşları yenilənəcək. Tavan və divarlar, eləcə də stansiya yolunun həm də döşəmə üzlüklərinin vurulması ilə təmir işləri başa çatdırılacaq.

Bu müddət ərzində stansiyanın bu hissəsindən "28 May" stansiyasının ikinci çıxışı istiqamətində olan keçidin döşəməaltı sahəsinin müvafiq qaydada təmiri də aparılacaq.

Vestibül və keçidlərdə tavan və döşəmə divarları, eskalatorların maili tunel geyimi, həmçinin xidməti otaqlarda əsaslı təmir tədbirləri yerinə yetiriləcək.

Hərəkətin təşkili və idarəetmə avadanlıqları, təhlükəsizlik sistemləri və elektromexaniki avadanlıqlar müasir standartların tələbləri səviyyəsində yenilənəcək.

Bu dövrdə stansiya yolunun dəmiryol infrastrukturunun qurulması çərçivəsində stansiya və dalan yolunda konstruksiya qurulacaq, dəmir-beton bloklar düzülərək, betonlanma işləri aparılacaq. Beton quruduqdan sonra yolun digər üstquruluş elementləri quraşdırılacaq. Metroloji və diaqnostik ölçmələr və sınaq işləri aparılmaqla yol istismara hazır vəziyyətə gətiriləcək.


Etiketlər:  Cəfər Cabbarlı stansiyası yenilənir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ