Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amsterdama uçan təyyarədə sərnişinlərin kütləvi davası – VİDEO

Amsterdama uçan təyyarədə sərnişinlərin kütləvi davası – VİDEO

Tarix: 7 May 2022 16:08

Mançesterdən Amsterdama KLM aviaşirkətinin reysi ilə uçan sərnişinlərin kütləvi davası videoya çəkilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Nəşrin məlumatına görə, baş verənlərin təfərrüatı hələ də dəqiqləşdirilir. Davanı mobil telefonu ilə lentə alan sərnişinin dediyinə görə, insidentin başlamasına səbəb 20 yaşlarında gənc britaniyalının irqçi ifadəsi olub.

Videoda üç nəfərin bir sərnişinin üzərinə atılaraq necə zərbələr endirməyə başladığı görünür. Hücuma məruz qalan şəxsin iki yol yoldaşı onun müdafiəsinə qalxıb və cavab olaraq xəsarət yetirənləri döyməyə başlayıb. Ekipaj üzvləri dava edənləri ayıra bilməkdə çətinlik çəkiblər, yalnız pilotun müdaxiləsindən sonra buna nail olunub.

Daha sonra təyyarə komandiri polislə əlaqə saxlayıb. Niderlandın paytaxtına çatdıqdan sonra altı qanun pozucusu saxlanılıb, onlardan biri yüngül xəsarətlər alıb. Aviaşirkət hadisə zamanı ekipaj üzvlərindən heç birinin xəsarət almadığını bildirib.

Milli.Az


Etiketlər:  Amsterdama uçan təyyarədə sərnişinlərin kütləvi davası VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ