Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 16:54
Azərbaycanda istilik təchizatı sahəsində islahatlar aparılacaq. Bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Prosesə beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə islahatlar proqramı hazırlanacaq.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev "Xəbər Ertəsi"nə deyib ki, görüləcək əsas işlərdən biri istilik və isti su təchizatının sayğaclaşdırılması ilə bağlıdır.
Rafiq Əliyev bildirir ki, xərclərin optimallaşdırılması üzrə də müvafiq tədbirlər nəzərdə tutulur. Eyni zamanda, vətəndaş müəyyən müddət ərzində mənzildə yaşamırsa və istilik təchizatı xidmətlərindən yararlana bilmirsə, borc yaranmaması üçün sözügedən quruma müraciət etməli olacaq.
Qurum rəsmisi həmçinin qeyd edib ki, yeni islahatlar proqramında vətəndaşların ötən illərdən qalanborclarının silinməsi məsələsi nəzərdə tutulmayıb.