Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ istehsal etdiyi peyvənddən istifadəni məhdudlaşdırır: Həyat üçün potensial təhlükə

ABŞ istehsal etdiyi peyvənddən istifadəni məhdudlaşdırır: Həyat üçün potensial təhlükə

Tarix: 7 May 2022 17:32

Amerikalı mütəxəssislər ölkənin "Johnson & Johnson" (J&J) şirkətinin yeni koronavirusa qarşı peyvəndinin istifadəsini məhdudlaşdırıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onlar preparatın istifadəsinin qanın laxtalanma riskini artıra biləcəyini müəyyən ediblər.

Peyvəndin fövqəladə hallar zamanı istifadəsi ilə bağlı bundan əvvəl verilmiş təsdiqinin mətni dəyişdirilib. Yeni təlimatlara əsasən, 18 yaşdan yuxarı amerikalılar ABŞ tərəfindən təsdiqlənmiş digər oxşar peyvəndlərə çıxışı olmayanda və ya tibbi səbəblərdən istifadə edə bilməyəndə bu peyvənddən istifadə etməlidirlər.

Mütəxəssislər müəyyən ediblər ki, J&J-nin dərmanını istifadə etdikdən sonra bir və ya iki həftə ərzində müəyyən şərtlər altında qan laxtalanması riski arta bilər ki, bu da "həyat üçün potensial təhlükə yaradır". Belə halların çox nadir olduğu da bildirilib.


Etiketlər:  ABŞ istehsal etdiyi peyvənddən istifadəni məhdudlaşdırır Həyat üçün potensial təhlükə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ