Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər gün 20 dəqiqə bu vəziyyətdə qalın – Sağlamlığa inanılmaz FAYDASI var

Hər gün 20 dəqiqə bu vəziyyətdə qalın – Sağlamlığa inanılmaz FAYDASI var

Tarix: 7 May 2022 19:18

Almaniya həkimləri insanlara hər gün 20 dəqiqə ərzində ayaqları yuxarıda tutmaqla uzanmağı tövsiyə edirlər.

Saglamolun.az bildirir ki, bu haqda Freundin jurnalı məlumat verib.

Bu sadə məşqin sağlamlığımıza bir çox faydası var.

1. Damarların vəziyyətinə yaxşı təsir edir.

Bu xüsusilə uzun müddət ərzində ayaq üstə dayanan və masa arxasında oturan peşə sahibləri üçün (müəllim, bank, ofis işçiləri, satıcı, bərbər və s.) faydalıdır.

Gün ərzində ayaq damarları yüklənir, gərginliyə məruz qalır.  Bu isə damarların sağlamlığına ziyan vurur, varikozun inkişafı riskini artırır.

2. Ürəkdə qan dövranını yaxşılaşdırır.

Ürəyə olan qanın axını artır, ürək daha yaxşı işləyir, ürək əzələsi olan miokardın vəziyyəti yaxşılaşır.

3. Həzm proseslərini stimullaşdırır.

Mədənin fəaliyyətinə müsbət təsir edir, qəbizliyin qarşısını alır.

4. Orqanizmin oksigenlə təchiz olunması artırır.

Bu bütün orqanizm üçün faydalıdır. Orqanizm daha çox energi alır, immun sistemi güclənir, infeksiyalara qarşı daha dözümlü olur. 


Etiketlər:  Hər gün dəqiqə vəziyyətdə qalın Sağlamlığa inanılmaz FAYDASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ