Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın Xəzər regionundan atdığı raketlər Ukrayna tərəfindən vurulub

Rusiyanın Xəzər regionundan atdığı raketlər Ukrayna tərəfindən vurulub

Tarix: 8 May 2022 13:38

Ukrayna qırıcıları son sutka ərzində Rusiyanın 14 hava hədəfini vurub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığı "Telegram"da məlumat yayıb.

"73 günlük qəhrəmancasına qarşıdurma. Rusiya Xəzər regionundan "Tu-95MS" və ya "Tu-160" strateji bombardmançı təyyarələrinin 10-a yaxın qanadlı raketləri ilə Ukrayna ərazisinə raket hücumu həyata keçirib. Hədəflər hava hücumundan müdafiə qüvvələri tərfindən məhv edilib", - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri bir Mi-28N helikopteri, yeddi "Orlan-10" PUA, iki "Forpost" PUA, iki qanadlı raketi vurub.

Məlumatda qeyd olunur ki, bir gündə 14 hava hədəfi vurulub.


Etiketlər:  Rusiyanın Xəzər regionundan atdığı raketlər Ukrayna tərəfindən vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ