Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2022 16:32
ABŞ rəsmiləri gizli şəkildə Tayvana təzyiq edirlər ki, yalnız Vaşinqtonun mümkün Çin işğalına qarşı təsirli hesab etdiyi silah sistemlərini sifariş etsin.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri ABŞ və Tayvan rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Ukrayna ətrafında baş verənlər Vaşinqton və Taypeyi yaxın illərdə Çinin işğal planına inandırıb. Bundan əlavə, müttəfiqlər belə qənaətə gəliblər ki, az, lakin düzgün silah və strategiya ilə ordu daha böyük düşməni dəf etməyə qadirdir.
Qeyd olunub ki, bu gün ABŞ administrasiyası Tayvan ordusunun işğala qarşı müdafiə imkanlarını yaxından araşdırır.