Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sumqayıt”dan 2022-ci ildə ilk qələbə

“Sumqayıt”dan 2022-ci ildə ilk qələbə

Tarix: 9 May 2022 21:14

"Sumqayıt"ın qələbə həsrətinə son qoyulub. Sonxeber.net matc.az-a istinadən bildirir ki, sözügedən komanda uzun fasilədən sonra Azərbaycan Premyer Liqasında qələbə sevinci yaşayıb.

Aleksey Baqanın çalışdırdığı kollektiv buna 26-cı tur çərçivəsində baş tutan "Şamaxı" ilə oyunda nail olub. Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilən görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Sumqayıtlıların hər iki qolunu Əli Qurbani vurub. Millimizin də üzvü olan hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.
 
Bu, "Sumqayıt"ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib. Sumqayıtlılar sonuncu dəfə ötən ilin 31 oktyabrında, Premyer Liqanın 9-cu turu çərçivəsində "Səbail"lə ev oyununda 2:1 hesablı qələbəyə sevinmişdilər.
 
Qələbədən sonra xallarını 18-ə çatdıran "Sumqayıt" 7-ci pillədəki mövqeyini qoruyub. "Şamaxı" isə 21 xalla 6-cı sırada yer alıb.


Etiketlər:  Sumqayıtdan 2022 ildə qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ