Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 11:12
Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya "sülhməramlı" kontingentinin nəzarətində qalan Laçın şəhərinin girişində erməni terrorçu Monte Melkonyanın üzdəniraq portreti sökülüb.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu haqda məlumat və foto-görüntünü "Facebook"da laçınlı fəal Nicat Nağdalı paylaşıb.
Erməni terrorçunun portretinin Rusiya hərbçiləri, yoxsa son aylar Şuşa-Laçın-Zabux marşrutuyla mütəmadi hərəkət edən Azərbaycan hərbçiləri tərəfindən söküldüyü barədə dəqiq məlumatımız yoxdur. Hər halda 23 aprel 2022-ci il tarixində çəkilmiş fotodan bəlli olur ki, tablo əvvəlki yerində yoxdur...