Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 18:20
Müğənni Nadir Qafarzadə küsülü olduğu Xalq artisti Tünzalə Ağayeva ilə barışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Ağayeva şair Nazilə Səfərlinin oğlunun toy mərasiminə qatılıb. Tünzalə səhnədə oxuyan zaman Nadir ona yaxınlaşıb və onunla rəqs edib.
Qafarzadə həmin görüntüləri instaqram hesabında yayımlayıb.
Qeyd edək ki, ifaçılar arasında inciklik Nadirin oğlu Loğmanın toyunda baş vermişdi. O, Tünzaləni toya dəvət etdiyini, amma qarşı tərəfin gəlmədiyini bildirib.