Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə inanılmaz hadisə: Körpəni torbaya qoyub atdı - VİDEO

Türkiyədə inanılmaz hadisə: Körpəni torbaya qoyub atdı - VİDEO

Tarix: 11 May 2022 16:08

Türkiyədə inanılmaz hadisə baş verib.

Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, qadın körpəsini plastik torbaya qoyaraq qaçıb. Hadisə Şanlıurfanın Siverek rayonunda baş verib. Belə ki, gecə saatlarında məhəllənin qaranlıq küçəsinə gələn hamilə qadın təkbaşına uşaq dünyaya gətirib. Daha sonra körpəsini çantaya qoyan ana hadisə yerini tərk edib.
 Qaranlıq küçədə körpənin ağladığını eşidən məhəllə sakinləri vəziyyətlə bağlı polisə və 112 Təcili Yardıma xəbər verib. Qısa müddətdə körpə Siverek Dövlət Xəstəxanasının yeni doğulmuş şöbəsinə aparılıb və burada nəzarətə götürülüb. Uşağın səhhətinin yaxşı olduğunu deyən polis, onu dünyaya gətirib küçəyə atan ananı tapmaq üçün araşdırmalara başlayıb.


Etiketlər:  Türkiyədə inanılmaz hadisə Körpəni torbaya qoyub atdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ