Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Konsertdən əldə olunan pula iki it aldıq'' - FOTO

''Konsertdən əldə olunan pula iki it aldıq'' - FOTO

Tarix: 11 May 2022 19:35

"Amerikada keçirilən konsertdən əldə olunan vəsaitə iki it alınıb".

Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Nəzakət Teymurova deyib. Onun sözlərinə görə, həmin itlər işğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi prosesinə cəlb olunacaq:

"Konsertdən yığılan vəsaiti xərclədik, iki it aldıq. Biz də xoşbəxt sənətkarıq ki, bu işlərdə az da olsa, xidmətimiz oldu. Konsertdə çoxlu sənətçilər çıxış elədi. Onların arasında Brilyant Dadaşova, Abbas Bağırov, Ənvər Sadıqov, Kamera Orkestri, "Xarı Bülbül" Muğam qrupu, Kamran Kərimov və başqaları vardı". 

Nəzakət Teymurova belə konsertlərdə iştirak etməkdən qürur duyduğunu deyib.


Etiketlər:  Konsertdən əldə olunan pula aldıq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ