Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergi bəyannamələri qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ərzində təqdim edilməlidir

Vergi bəyannamələri qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ərzində təqdim edilməlidir

Tarix: 11 May 2022 21:20

Vergi bəyannamələrinin yanlış göndərilməsi, yaxud göndərilməməsi bəzən mühasiblər, eləcə də müəssisə üçün çətin və çıxılmaz hallar yaradır.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən vergi mütəxəssisi Murad Almasovun sözlərinə görə, mühasiblər bəyannamələri qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ərzində vergi orqanına təqdim etməli, göndərilmiş vergi bəyannamələri üzrə gələn uyğunsuzluq məktublarına isə aydın və izahlı cavablar verməlidirlər: "Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, vergiödəyicisinin göndərdiyi bəyannamələr üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilir. Yaranmış uyğunsuzluqlarla bağlı vergi orqanının vergiödəyicisindən əlavə sənəd, məlumat və izahat istəmək hüququ vardır. Lakin bəzi hallarda vergi orqanından gələn məktublar cavablandırılmır. Bu isə nəticədə baş verə biləcək kameral hesablamalardan sonra müəssisə üçün ciddi problem yaranmasına səbəb olur".


Etiketlər:  Vergi bəyannamələri qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ərzində təqdim edilməlidir


RƏYLƏR