Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2022 23:34
Ukrayna ağır yaralı əsgərləri "Azovstal"dan humanitar dəhlizlə çıxarmaq müqabilində əsir düşmüş rus əsgərlərini qaytarmaq istəyir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk öz "Telegram" kanalında məlumat verib.
"Hazırda "Azovstal"ı hərbi yolla azad etmək mümkün deyil. Müdafiəçilərimiz təslim olmaq istəmirlər. Bu, hörmətə layiqdir. Reallıq odur ki, ruslar ərazidən çıxmaq istəmir" , - deyə o bildirib.
Vereşçuk qeyd edib ki, Ukrayna hökuməti müxtəlif variantlar üzərində işləyir. O qeyd edib ki, variantların heç biri ideal olmasa da işlək olanı üzərində iş gedir.
"İlk addım olaraq ruslara belə bir mübadilə təklifi edildi: biz ağır yaralı insanlarımızı "Azovstal"dan humanitar dəhlizlə çıxarırıq. Bunun müqabilində biz hərbi əsirlərin mübadiləsini qaydalara uyğun olaraq Rusiyaya veririk", - deyə Vereşçuk bildirib.
O bildirib ki, bu istiqamətdə danışıqlar davam edir.