Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2022 09:30
ABŞ yaxın həftələrdə Avropada təxminən 10500 hərbçisini əvəzləyəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
O qeyd edib ki, yeni qüvvələr Ukraynada döyüşməyəcək.
"Bu, mövcud təhlükəsizlik vəziyyətinə cavab tədbirləri çərçivəsində baş verir. Yeni qüvvələr Ukraynada döyüşmək fikrində deyil", - sözçü bəyan edib.
Kirbi hərbçilərin mütəmadi əvəzlənməsinin öncədən planlaşdırıldığına da aydınlıq gətirib.