Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xumar Qədimova BUNU DA ETDİ - Tərzini dəyişdi, ilk dəfə belə ... - VİDEO

Xumar Qədimova BUNU DA ETDİ - Tərzini dəyişdi, ilk dəfə belə ... - VİDEO

Tarix: 14 May 2022 10:05

Əməkdar artist Xumar Qədimova yeni proyekti ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, xanım sənətçi "Bu Xumar" adlı yeni duetini və ona çəkilən klipini təqdim edib.

Duet oxumaqla çox da arası olmayan Xumar ilk dəfə bir reperlə duet ortağı olub. Qədimovanın tərəf müqabili reper Aslixandır. Şou-biznesdə daim kübarlığı ilə seçilən xanım sənətçi fərqli tərzdə ifasıyla təəccübləndirib.

Qeyd edək ki, Aslixan indiyədək bir neçə çıxışında Xumar Qədimova sənətinə olan heyranlığını bildirib. Aslixan eyni zamanda məşhur replərindən hesab edilən "Onlar" adlı trekində "Heç kəs bizi Xumar kimi məst etmədi" ifadəsindən istifadə etməklə xanım sənətçiyə olan rəğbətini ifadə edib.

Bu da sözügedən duet:

Milli.Az


Etiketlər:  Xumar Qədimova BUNU DA ETDİ Tərzini dəyişdi ilk dəfə belə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ