Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnternetlə evlənmə: real, yoxsa virtual? - VİDEO

İnternetlə evlənmə: real, yoxsa virtual? - VİDEO

Tarix: 14 May 2022 15:30

Son vaxtlar sosial şəbəkələrdə belə şüarlar paylaşan səhifələrin sayı artıb. Bunu hətta biznesə çevirənlər də var. Yəni paylaşımlar üçün həmin səhifələri idarə edən şəxslərin kart hesablarına ödəniş etməlisən.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusilə, bəylər buna görə 3 və ya 5 manatından keçməlidirlər. Xanımlar üçün isə paylaşımlar adətən pulsuz olur.

Məsələnin maliyyə tərəfi bir yana, münasibətlərin bu formada qurulması nə dərəcədə etibarlıdır? Sosioloq Lalə Mehralıbelə tanışlıqlarda aldadılmaq ehtimalının daha yüksək olduğu qənaətindədir.

Sosioloq bildirir ki, digər münasibətlərdə virtual tanışlıqlar mümkündür, ancaq ailə qurmaq məsələsində bu, etibarlı vasitə deyil.

Sorğu apardığımız insanlar da evlilik üçün belə səhifələrin etibarlılığına inamadıqlarını deyirlər.

Sosioloq Lalə Mehralı bildirir ki, sosial şəbəkələrdə bu cür səhifələr vasitəsilə nəinki evlənmək, şəxsi məlumatları da paylaşmaq yolverilməzdir.


Etiketlər:  İnternetlə evlənmə real yoxsa virtual VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ