Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Donbasda ağır döyüşlər: Rusiya itki verdi

Donbasda ağır döyüşlər:  Rusiya itki verdi

Tarix: 15 May 2022 14:08

Donbasda ukraynalı hərbçilər düşmənin 12 hücumunun qarşısını alıb. Hazırda 6 məntəqədə isə döyüşlər gedir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Qruplaşması məlumat yayıb.

Hazırda vəziyyətin çətin olduğu qeyd edilib:

"Düşmən aviasiyadan, reaktiv yaylım atəş sistemindən, böyük ölçülü aviasiya raketlərindən, minaatanlardan istifadə edir, mülki struktura raket zərbələri endirir.

İndiyə qədərki döyüşlərdə düşmənin 8 tankı, 5 artilleriya sistemi, 9 zirehli texnikası, 5 hərbi maşını məhv edilib. Bundan başqa, Donbasda düşmənin 6 ədəd "Orlon-10" və bir ədəd "Eleron" PUA-sı vurulub".


Etiketlər:  Donbasda ağır döyüşlər Rusiya itki verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ