Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 11:42
Gecə saatlarında rus əsgərləri Severodonetsk və Lisiçanskı atəşə tutublar, atəşin nəticələri dəqiqləşdirilir.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının jurnalistlərə təhvil verdiyi səhər saat 8:00-a olan xülasədə deyilir.
"Luqansk bölgəsi: Severodonetskin kütləvi atəşə tutulması. Lisiçansk, Privolye, Novodrujesk, Rubejnoye, Voyevodovka, Beloqorovka da artilleriya və reaktiv yaylım atəşi sistemlərindən hücuma məruz qalıb", - məlumatda deyilir.
Severodonetsk xəstəxanasının atəşə tutulması nəticəsində 2 nəfər ölüb, biri uşaq olmaqla 9 nəfər yaralanıb.
"Severodonetsk və Lisiçanskın gecə atəşə tutulub. Nəticələr barədə ətraflı məlumat dəqiqləşdirilir", - Administrasiya əlavə edib.
Aslan Məmmədov