Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib

Tarix: 16 May 2022 15:21

Prezident İlham Əliyev "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamının birinci hissəsinə "iqtisadiyyat nazirinin" sözlərindən sonra "birinci" sözü əlavə olunsun və həmin hissədə "Xidməti rəisinin müavini" sözləri "Xidmətinin rəisi" sözləri ilə, "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə, "Zaur Qurbanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini" sözləri "Günel Cavadova - Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri" sözləri ilə əvəz edilib.


Etiketlər:  Bakı Metropoliteni Müşahidə Şurasının tərkibi dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ