Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 20:02
Bakı. Trend:
Müasir Azərbaycan gimnastikasında olan bügünkü nailiyyətlər Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində deyib.
A.Rəhimov bildirib: "14 ildən sonra Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyi edir. 2014-cü ildə istifadəyə verilən bu möhtəşəm arena ölkə başçısı cənab İlham Əliyevin ümumilikdə idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ölkəmiz müxtəlif idman növləri üzrə mötəbər yarışların təcrübəli təşkilatçısı kimi tanınır. Elə məhz gimnastika növləri üzrə Bakıda Dünya Kubokları, Avropa və Dünya Çempionatları yüksək səviyyədə keçirilib. Azərbaycan Gimnastika Federasiyası 2 il ardıcıl olaraq dünyanın ən yaxşı federasiyası adına layiq görülüb. Təsadüfü deyil ki, Beynəlxalq Gimnastika Federasiyası bu mötəbər yarışın təşkilini məhz ölkəmizə həvalə edib".
Nazirin sözlərinə görə, müasir Azərbaycan gimnastikasında olan bügünkü nailiyyətlər ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır:
"Mehriban xanımın rəhbərlik etdiyi Yerli Təşkilat Komitəsinin hər bir üzvünə, yerli və xarici könüllülərə öz minnətdarlığımı bildirirəm. 61 ölkədən Bakıya təşrif buyurmuş bütün nümayəndə heyətlərinə uğurlar arzulayıram və əminəm ki yarışlarda ən güclülər qalib gələcək.
Diqqətinizə görə çox sağ olun!"
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin