Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Saudi Aramco”nun mənfəəti artıb

“Saudi Aramco”nun mənfəəti artıb

Tarix: 17 May 2022 08:50

Neftin kəskin bahalaşması "Saudi Aramco" şirkətinin gəlirlərinin kəskin artmasına səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şirkətin hesabatında göstərilir ki, ilk rübdə mənfəət 82% artıb. Hesabat dövründə xalis mənfəət 39,5 milyard dollar təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə göstərici 21,7 milyard dollar olub.

Bu, Səudiyyə şirkətinin 2019-cu ildə birjaya daxil olduqdan sonra əldə etdiyi ən yüksək göstəricidir. Mənfəətin artması 3 amillə izah olunur: xam neftin bahalaşması, hasilatın artması və maya dəyərinin azalması.

Milli.Az


Etiketlər:  Saudi Aramconun mənfəəti artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ