Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2022 11:36
Polis Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanovu saxlayıb.
Sonxeber.net erməni mediasına istinadən bildirir ki, Ermənistan Respublika partiyasının nümayəndəsi Teryan və İsaakyan küçələrinin kəsişməsində saxlanılıb. Şarmazanovun sosial şəbəkədəki səhifəsində onun polis bölməsində digər nümayişçilərlə birlikdə "Nikolsuz Ermənistan" şüarını səsləndirən video yayılıb. Ermənistan parlamentinin keçmiş vitse-spikeri Abovyan şəhərindəki polis bölməsinə aparılıb.
Respublikaçılar Partiyasından olan keçmiş deputat Armen Aşotyan da məhkəmə qarşısına çıxarılıb. Parlamentin eks-spikeri Samvel Nikoyan, parlamentin maliyyə-kredit və büdcə məsələləri üzrə komissiyasının keçmiş rəhbəri Qaqik Minasyan, habelə Yerevan bələdiyyəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Artur Gevorkyan da məsuliyyətə cəlb ediliblər.
Polisin məlumatına görə, saat 09:30-da 73 nəfər gətirilib.
Qeyd edək ki, səhər saatlarından etibarən İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir, etirazçılar vaxtaşırı küçələri bağlayır, yürüşlər keçirirlər.
Aslan Məmmədov