Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Reyncers" klubunun qapıçısı Avropa Liqasının tarixinə düşüb

Tarix: 18 May 2022 23:46

Şotlandiya "Reyncers"inin qapıçısı Alan Makqreqor UEFA Avropa Liqasının tarixinə düşüb.

Milli.Az "report"a istinadən bildirir ki, Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı matça start heyətində çıxan qolkiper turnirin finalında mübarizə aparan ən yaşlı oyunçu adını qazanıb.

40 yaş 107 günlüyündə olan Makqreqor bu göstərici ilə avrokubokların tarixində 3-cüdür. O, yalnız italiyalı həmkarı Dino Zoff (41 yaş 86 gün) və niderlandlı qapıçı Edvin van der Sardan (40 yaş 211 gün) geri qalır.

Qeyd edək ki, İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçirilən "Ayntraxt" - "Reyncers" matçında ilk hissə oynanılır və hesab açılmayıb.

Milli.Az


Etiketlər:  Reyncers klubunun qapıçısı Avropa Liqasının tarixinə düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ