Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Partaya çıxıb oynayan şagird xəstədir”

“Partaya çıxıb oynayan şagird xəstədir”

Tarix: 19 May 2022 20:22

Aparıcı Nərmin Salmanova sosial mediada yazdığı fikirlərlə gündəmə gəlib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, məktəbdə müəllimlərə problem yaradan şagirdlər barədə status yazıb:

"Müəllim döyməməlidir, bəli, ixtiyarı yoxdur.

Bəs tərbiyəsizlik edib, müəllimin sözlərini ələ salan, başına çıxan, arxa partada oturub meymunluq edən, sinifdə durub gəzərək müəllimin hörmətini digərlərinin də yanında salan, dərsi pozan, müəllimi alçaltmağa belə çəkinməyən xəstə "şagirdlər" necə olacaq?

Universitetlərdə müəllimlərin özünü pis aparsa belə tələbəni auditoriyadan çıxarmağa ixtiyarı yoxdur. Məktəblərdə bilmirəm.

Müəllimə səlahiyyət də verməyiblərsə dözməlidir bunlara? Bəzi şagirdlər normal uşaqlarla oxumamalıdırlar, hiperaktivdirlər, tərbiyəsizdirlər və cəzasız qalacaqlarından əmindirlər. Direktorlar nadir hallarda kimisə kənarlaşdırır. Müəllim nə etsin, əgər bu, daimi xarakter alıbsa və bir tədbir görülmürsə? Məgər bir-birini bıçaqlayan, maşının altına itələyən, axmaq, min cür xuliqanlıq edən şagirdlər yoxdur?

Niyə beləsinə görə müəllim bu vəziyyətə gətirilməlidir ki, hələ araşdırmalardan sonra cəza ilə də müəllim üzləşsin?!

Vaxtında qabağını almaq üçün tədbirlər görülməməlidirmi?

Hər şeyi müəllimə yükləməyin. "Müəllim ələ almağı bacarmalıdır" ifadəsi xəstə, tərbiyəsizlə işləmir. Belə məqamda sərt qaydalar işə düşməlidir, bu da xəbərdarlıqdır, təkrarlanarsa məktəbdən qovulmaq və şagirdin xarakteristikasını təsvir edərək Təhsil Nazirliyinə rəy göndərmək. Bilməlidir həmin şagird ki, "buradan qovularam, o biri məktəbə keçərəm" deməklə olmur. Barəsində mənfi rəy verilə bilər. 2 məktəbdən belə rəy alandan sonra xüsusi rejimli məktəblərəmi, koloniyayamı, xəstəxanayamı, axır ki, nəyə ehtiyacı varsa ona uyğun müsəssisəyə yerləşdirmək. Hətta gələcəkdə barəsində Nazirlikdə mənfi rəylər olan şagirdlərim qəbul imtahanında iştirakdan məhrum edilmə ehtimalı yaranır. Qorxmalıdırlar. Onlarla normal davranış keçmir. Nə isə silkələməlidir. Elə uşaqlar potensial təhlükədir. Hamısı da ailədən gəlir. "Müəllim qələt edir" deyən ata, ananın övladı necə olacaq?

Hələ də rəylərdə müəllimləri "bacarıqsızlıq"da günahlandıranlar var. Anlamırsınız ki, tərbiyəsizi ən bacarıqlı psixoloq belə adama çevirə bilmir? Adi şuluqluq edənləri demirəm ki, xüsusi tərbiyəsizlik edən şagirdlərdən danışıram. Onlara xüsusi rejim lazımdır, başqa cür məktəb, adi yox. Dərsi elə pozanlar bir çoxumuza rast gəlib və bütün dərslərdə elə olurdular. "Müəllim psixoloq da olmalıdır" fikri isə çox səthidir. Elə olsaydı "məktəb psixoloqu" vəzifəsi də olmazdı. Şagirdə doğru yanaşmanı bilməlidir, pedaqoq olmalıdır amma "xəstə ilə bacarmalıdır" deyə işi yoxdur. Yoxsa ki, xüsusi təhsilli, təyinatlı müəllimlər yetişdirilərdi və aya 3000-4000 maaş alardılar. Daha 300-500 yox.

Hələ bu paylaşımdan özünə uyğun "nəticə" çıxarıb istədikləri formada paylaşımlar edənləri anlamıram. Bəli, müəllimi sinifdə təhqir edən, partaya çıxıb oynayan şagird xəstədir. Xəstə. Döyülməməlidir heç kəs, haqqı da yoxdur döyməyə. Qayda və qanunlar sərtləşdirilməlidir".


Etiketlər:  Partaya çıxıb oynayan şagird xəstədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ