Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 13:28
Müharibə səbəbindən ölkəni tərk edən ukraynalılar vətənə qayıtmaqda davam edirlər - təkcə son sutka ərzində 41 min insan ölkənin qərb sərhədini keçib.
Sonxeber.net bildirir ki, bu haqda Dövlət Sərhəd Xidməti Telegram-da məlumat yayıb.
"Mayın 19-da gün ərzində Ukraynanın Aİ və Moldova ilə qərb sərhədlərini təxminən 77 min nəfər və 20 mindən çox nəqliyyat vasitəsi keçib. Son sutka ərzində 35 mindən çox insan Ukraynanı tərk edib. Ötən gün ərzində 41 mindən çox insan gəlib, 37 mindən çoxu ukraynalıdır".
Sərhədçilər humanitar yardım daşıyan 177 yük maşınını da qeydiyyata alıblar.
Aslan Məmmədov