Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 22:18
Xəzər dənizinin Dağıstan sahillərində 100-ə yaxın suiti sahilə çıxaraq məhv olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Federal Balıqçılıq Agentliyi ("Rosrıbalovstvo") məlumat yayıb.
Agentlikdən bildiriblər ki, Xəzər sularında balıq torları aşkar edilməyib və bu səbəbdən suitilərin balıqçılar tərəfindən öldürülməsi ehtimal olunmur.
İlkin məlumata görə, suitilərin ölümünə əlverişsiz hidrometeoroloji hava şəraiti səbəb olub. Nəsli kəsilməkdə olan Xəzər suitiləri Rusiyanın "Qırmızı kitabı"na daxil edilib. 2020-ci ildə Dağıstan sahillərində 300-dən çox ölmüş suiti tapılmışdı. O zaman alimlər suitilərin dəniz dibindən təbii qaz sızması nəticəsində məhv olduqlarını müəyyən etmişdilər.