Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qoruğun kamerası çox nadir görünən heyvanı qeydə aldı - VİDEO - FOTO

Qoruğun kamerası çox nadir görünən heyvanı qeydə aldı - VİDEO - FOTO

Tarix: 21 May 2022 12:16

Qazaxıstanda Qərbi Altay qoruğunun kameraları çox nadir görünən heyvanı - gəlinciyi qeydə alıb.

Görüntülər qoruğun "Instagram" hesabında yayımlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, işçilərin sözlərinə görə, gəlinciklər Altay dağlarının yerli sakinləri olsalar da, nadir hallarda görünür, insanlardan qaçırlar. Buna baxmayaraq, bəzən qoruq əməkdaşlarının nəzərinə çarpırlar. Bu dəfə isə gəlincik videotələyə düşüb.

"Latın dilində "Gulo gulo" adlanan gəlincik  dələkimilər ailəsinin yırtıcı məməlisidir. O, "Gulo" cinsinin yeganə nümayəndəsidir (latın dilindən "qarınqulu" kimi tərcümə olunur). Gəlincik çox cəsarətli heyvandır", - deyə qoruğun işçiləri məlumat veriblər.

Qeyd edək ki, "Marvel" filmlərində "X-man" kainatının ən məşhur və özünə yaxşı ad qazandırmağı bacaran qəhrəmanlarından biri "Volverin" ("Gəlincik") bu maraqlı heyvanın xüsusiyyətini daşıyıb. Hollivud ulduzu Hyu Cekmanın canlandırdığı obraz uzun müddət milyonlarla insanın qəlbini fəth edib.

Milli.Az


Etiketlər:  Qoruğun kamerası çox nadir görünən heyvanı qeydə aldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ