Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jurnalistin sualı QALMAQALA səbəb oldu: “Həddi aşdın...”

Jurnalistin sualı QALMAQALA səbəb oldu: “Həddi aşdın...”

Tarix: 21 May 2022 14:32

"2022 IIHF" Xokkey üzrə Dünya Çempionatında jurnalistin Almaniya yığmasının köməkçi məşqçisi Cessika Kempbelldən açıqlama alan jurnalistin sualı qalmaqal yaradıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, jurnalistin xanım məşqçiyə "Cəlbedici kişilərin əhatəsində belə cazibədar qadının olması necədir?", sualı çaşqınlıq doğurub.

Cessika Kempbell sulı cavablandırmamış, müxbirin növbəti, "Bəlkə kimisə başqalarından daha çox sevirsiz? sualı məşqçini özündən çıxarıb. 

Lakin məşqçi sualı cavabsız qoymayıb. O, işinə peşəkar yanaşdığını, komandanın oyunçuları ilə yalnız iş münasibətlərinin olduğunu vurğulayıb.

Müsahibədən sonra Almaniya milli komandasının mətbuat xidməti jurnalistin sualının yersiz olduğunu bildirib.

Bir çox KİV mənsubları da həmkarlarını "həddi aşdın", deyə qınayıblar.

Qeyd edək ki, Kempbell Almaniya millisinin baş məşqçisi Toni Söderholmun köməkçisidir. Kanada komandasının üzvü kimi o, gənclər arasında dünya çempionatında qızıl və gümüş medal qazanıb. Həmçinin, Kempell böyüklər arasında dünya çempionatının gümüş mükafatçısı olub. İdman karyerasını başa vurduqdan sonra Kempbell Almaniyanın Nürnberq şəhərində təcrübə keçib.

Milli.Az


Etiketlər:  Jurnalistin sualı QALMAQALA səbəb oldu Həddi aşdın


RƏYLƏR