Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski: “Rusiya bütün resurslarını bizi məhv etməyə yönəldib”

Zelenski: “Rusiya bütün resurslarını bizi məhv etməyə yönəldib”

Tarix: 22 May 2022 10:30

Rusiya Federasiyası Ukraynanı məhv etmək üçün bütün imkanlarından istifadə edir. Eyni zamanda, Rusiyanın bölgələrində deyirlər ki, "xüsusi əməliyyat" bir çox sənaye sahələrinin, o cümlədən tikintinin iqtisadi tənəzzülünə və insanların yoxsullaşmasına səbəb olur.

Sonxeber.net report-a istinadən xəbər verir ki,

bunları Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

"Rusiya faktiki olaraq bütün resurslarını bizi məhv etməyə yönəldib. Qiymətlərin artımı, gəlirlərin ucuzlaşması, Rusiyada 2000-ci illərdən bəri yaradılmış bütün iqtisadi potensialın məhv edilməsi - bunlar hələ də işğalçıları dayandıra bilməyib. Amma nəhəng xərclər hələ də onlara kömək etmir, kömək etməyəcək də", - dövlət başçısı bildirib.

Zelenski həmçinin qeyd edib ki, Donbasda vəziyyət çox mürəkkəbdir. Rusiya hərbçiləri Slavyansk və Severodonetskə hücum etməyə çalışırlar.


Etiketlər:  Zelenski Rusiya bütün resurslarını bizi məhv etməyə yönəldib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ