Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı

Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı

Tarix: 22 May 2022 22:40

Litva bu gündən etibarən Rusiyadan elektrik enerjisi idxalını dayandırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin cümə günü qəbul etdiyi qərar mayın 22-də qüvvəyə minib. Respublikanın elektrik enerjisinə olan tələbatı bundan sonra yalnız daxili istehsal və Latviya, Polşa və İsveç üzərindən qoşulma ilə idxal hesabına təmin olunacaq.

2021-ci ildə Litva daxili istehlak üçün lazım olan elektrik enerjisinin 17 faizini Rusiyadan idxal edib.

Milli.Az


Etiketlər:  Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ